Ağac avtomobilin üzərinə düşdü: azərbaycanlı sürücü xəsarət alıb - FOTO
Gündəm
26 May 2019 19:46

Yolun təmizlənməsi istiqamətində işlər aparılır
Gürcüstanda azərbaycanlıların kompakt şəkildə yaşadığı Marneuli rayonuna güclü dolu və leysan yağıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, şiddətli küləklə müşayiət olunan təbii hadisə nəticəsində 10-a yaxın ağac kökündən qırılaraq Tiflis-Marneuli yolunun Goda kəndinə düşən hissəsində avtomobil yoluna aşıb. Ağaclardan biri yolda hərəkətdə olan nəqliyyat vasitəsinin üzərinə düşüb. Nəticədə avtomobilə ciddi zərər dəyib. Azərbaycan əsilli olduğu bildirilən sürücünün isə yüngül bədən xəsarətləri aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım maşını, polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb edilib. Yolun təmizlənməsi istiqamətində işlər aparılır.


Oxunub : 874
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 21:23
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
8 Oktyabr 2026 20:03
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
8 Oktyabr 2026 19:36
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
8 Oktyabr 2026 18:04
Bu yollarda tıxac var - SİYAHI
8 Oktyabr 2026 18:00
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
8 Oktyabr 2026 17:46
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
8 Oktyabr 2026 12:00
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
8 Oktyabr 2026 11:00
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
ŞƏRH YAZ












