Ağacların budanması üçün 4 ay əvvəl müraciət edib; növbə gəlib çatmayıb - ŞİKAYƏT

Nəqliyyat eksperti Rauf Ağamirzəyev yaşadığı ərazidə ağacların budanmaması ilə bağlı aidiyyəti qurumlardan narazılığını ifadə edib.
Avtosfer.az xəbər verir ki, ekspert məsələ ilə bağlı bir neçə dövlət qurumuna müraciət etməsinə baxmayaraq, problemin hələ də həll olunmadığını bildirib.
Rauf Ağamirzəyevin sözlərinə görə, ilk müraciət yanvarın 6-sı ASAN müraciət sistemi vasitəsilə Nərimanov rayonu, Arif Heydərov küçəsi 23 ünvanında yerləşən ağacların budanması ilə bağlı edilib. Qurumdan yanvarın 14-ü verilən cavabda isə budama işlərinin növbəlilik əsasında həyata keçiriləcəyi bildirilib.

Ekspert qeyd edib ki, məsələ həllini tapmadığı üçün daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinə yenidən müraciət edib. Rayon İcra Hakimiyyəti isə müraciəti Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönləndirib. Birliyin əməkdaşları əraziyə baxış keçirərək vəziyyəti yerində araşdırıb və şəkillər çəkiblər.
Daha sonra ona şəhər nömrəsi təqdim edildiyini deyən Rauf Ağamirzəyev bildirib ki, həmin nömrə ilə əlaqə saxladıqda kəsim şöbəsinə yönləndirilib. Şöbədən isə bildirilib ki, aidiyyəti göstəriş verildikdən sonra ağacların budanması həyata keçiriləcək.
Lakin mayın 6-sı göndərilən son cavab məktubunda yenidən yalnız “növbəlilik əsasında icra ediləcək” ifadəsinin yer aldığını vurğulayan ekspert artıq təxminən 4 aya yaxın vaxt keçməsinə baxmayaraq problemin həll olunmadığını diqqətə çatdırıb.
Rauf Ağamirzəyev bildirib ki, xüsusilə yaşayış binalarının yaxınlığında yerləşən ağacların vaxtında budanmaması həm sakinlər üçün narahatlıq yaradır, həm də küləkli hava şəraitində təhlükə riskini artırır.
Ekspert aidiyyəti qurumların məsələ ilə bağlı daha operativ tədbir görməsinin vacibliyini qeyd edərək “maraqlıdır, görəsən bu növbə nə vaxt gəlib çatacaq?” sualını ünvanlayıb.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












