Ağacların dibinə dizel yanacağı tökülüb - Yevlaxda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağının tökülməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidməti Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə 5 müxtəlif cinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkar olunub.
Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Yevlax şəhər Polis Şöbəsinə müraciət edilib.
Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










