Ağcəbədidə 1,5 kq. heroin satmaq istəyən şəxslər saxlanılıblar - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər. Daxili İşlərinin Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Ağcəbədi rayonu ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakinləri Sabir Məmmədov və Röyal Qaraşov narkotik vasitə olan heroin satmaq istəyən zaman saxlanılıblar.
Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə yüksək psixotrop təsirə malik narkotik vasitə 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb. Hər iki şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf edib.
Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA














