Ağdamda ananın körpəsini boğaraq öldürməsinin təfərrüatı məlum olub
Gündəm
16 Aprel 2019 13:45

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır
Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. Belə ki, həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Günel Şahsevər qızı İsmayılova 10 aylıq körpə qızını boğaraq öldürüb. O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub. Bildirilib ki, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Nəticədə boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub : 952
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
8 Oktyabr 2026 21:23
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
8 Oktyabr 2026 20:03
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
ŞƏRH YAZ












