Agentlikdən çörəklə bağlı vacib – AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, AQTA-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır. Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.
Buğda, çovdar, arpa, yulaf kimi dənli bitkilərin çoxunun tərkibində olan qlüten daha çox çörək hazırlayarkən istifadə olunur.
Agentlikdən bildirilib ki, qlüten bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir. Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayət olunur: “Yəni qidalanarkən qəbul olunan qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hala keçməsinə səbəb olur. Bundan başqa qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi marketlərində 9 manat 80 qəpiyə və 8 manat 90 qəpiyə üzərinə "qlütensiz çörəklər" satılır. Adi çörəkdən fərqlənməyən bu çörəklərin məhz qlütenə görə baha satıldığı deyilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










