Ağsu-Xanbulaq yolundakı çökmənin səbəbləri AÇIQLANDI
Gündəm
1 Aprel 2019 20:01

Yaranmış problem aradan qaldırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu-Xanbulaq avtomobil yolundakı çökmənin səbəblərini açıqlayıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.
Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb. Dərhal əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub. Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.
Namiq
Oxunub : 1779
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












