Ağsuda narkotik satan şəxs tutulub

Ağsu rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları şəhəri sakini, 1977-ci il təvəllüdlü İslamov Şahin Babaşah oğlunun gödəkçəsinin cibindən 0,177 qram narkotik vasitə olan heroin aşkar ediblər.
Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Ş. İslamovun narkotik vasitəni Kürdəmir şəhər sakini 1986-ci il təvəllüdlü Mürsəliyev İlqar Babaş oğlundan aldığı müəyyənləşdirilib.
İ.Mürsəliyev Ağsu rayonuna gələrkən taksi kimi xidmətindən istifadə etdiyi Yusifov İsmayıl Mövsüm oğluna məxsus “Lada Granata” markalı “99 FZ 071” dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq RPŞ-yə gətirilib. Baxış zamanı avtomobildə 2 ədəd siqaret kağızına bükülmüş çəkisi 0,355 qram olan narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə cinayət işi başlanıb, araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












