Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA

Son dövrlərdə Hörmüz boğazı ətrafında mümkün gərginlik və İran-ABŞ münasibətlərindəki qarşıdurma dünya enerji bazarlarının diqqət mərkəzindədir. Bu bölgə qlobal neft və yanacaq daşımalarının ən strateji marşrutlarından biri hesab olunur. Buna görə də burada baş verən hər hansı siyasi və ya hərbi gərginlik beynəlxalq bazarlarda neft və yanacaq qiymətlərinə təsir göstərə bilər. Belə bir şəraitdə isə sual yaranır: bu proseslər Azərbaycanda benzin qiymətlərinə necə təsir edə bilər?
Xüsusilə də Aİ-95 benzini ölkədə nə dərəcədə yerli istehsal olunur və ya biz bu yanacaq növündə idxaldan asılıyıq?
Bu barədə iqtisadçı Natiq Cəfərli açıqlama verib və bildirib ki, Aİ-95 benzininin böyük hissəsi ölkəmizə idxal edilir:
“Əsasən Rumıniya, Qazaxıstan, Türkmənistan və Rusiyadan alınır. Qiymətlərin artacağını isə çox düşünmürəm. Çünki hazırda da bizdə kifayət qədər baha satılır. 1 manat 60 qəpik elə də ucuz qiymət deyil. Ən azından qonşu ölkələrlə müqayisədə (Türkmənistan, Qazaxıstan və Rusiya) ucuz sayılmır. Buna görə də qiymətin artacağını gözləmirəm. Təbii ki, bu, həm də münaqişənin nə qədər davam etməsindən asılıdır. Əgər yaxın vaxtda yekunlaşsa, təsiri də çox böyük olmayacaq”.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir./demokrat.az
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












