Ailənin üç üzvünü öldürən şəxsə ömürlük həbs cəzası verilib

Gürcüstanda ABŞ-dan olan Smit ailəsinin üç üzvünü qətlə yetirməkdə ittiham olunan 19 yaşlı Malxaz Kobauri ömürlük həbs cəzasına məhkum edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qori Rayon Məhkəməsi qərar qəbul edib.
Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, cinayət xüsusi amansızlıqla törədildiyinə görə ömürlük həbs cəzası yeganə ədalətli qərar olub.
Qeyd edək ki, Rayn Smit, onun həyat yoldaşı və onların 4 yaşlı oğulları ötən ilin iyulunda Gürcüstanın Duşeti rayonunda qətlə yetirilib. Çoban olan M.Kobauri Smit ailəsini gəzinti zamanı müşayiət edib.
R.Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. İkili vətəndaşlığı olan R.Smit son illər Marneulidə yaşayıb. O, Azərbaycanın Qusar bölgəsində və Bakıda da fəaliyyət göstərib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












