Ailəsi Şumaxerin sağlıq durumu ilə bağlı açıqlama yayıb

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin sağlıq durumu ilə bağlı məlumatların məxfi saxlanılmasının səbəbi bilinib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə almaniyalı sabiq pilotun ailəsi rəsmi sayt vasitəsi ilə açıqlama yayıb. Bildirilir ki, proses Şumaxerin istəyi ilə tənzimlənir: “Şumaxerin ən etibarlı əllərdə olduğuna və ona köməklik göstərmək üçün hər şey etdiyimizə əmin ola bilərsiniz. Xahiş edirik, anlayın, biz Mixaelin istəyin nəzərə alaraq, onun sağlamlığı ilə bağlı məlumatları məxfi saxlayırıq”. Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








