"Airbus" ən iri sərnişin təyyarələrinin tədarükünü dayandırır

Avropanın "Airbus" aviakonserni iki ildən sonra A380 iri sərnişin təyyarələrinin tədarükünü dayandıracaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, buna səbəb əsasən "Emirates" şirkəti tərəfindən bu avialaynerlərin sifarişinin azalmasıdır. Belə ki, "Emirates" A380-lərin sifariş portfelini 162-dən 123-dək azaldır. Digər şirkətlərdən də sifarişlərin azaldığını nəzərə alan "Airbus" 2021-ci ildə A380-lərin tədarükünü dayandırmaq qərarına gəlib. Bununla belə, şirkət əmin edir ki, istismarda olan təyyarələrə texniki dəstəyin göstərilməsi davam edəcək. Şirkətin baş direktoru Tomas Enders bildirib: "Unutmayın ki, A380 təyyarələri istənilən halda uzun illər boyu havaya qalxacaq və əlbəttə ki, "Airbus" A380-lərin operatorlarına tam dəstək göstərəcək".
Qeyd edək ki, "Airbus A380" dünyada ən iri seriyalı sərnişin avialayneridir. Onun ilk versiyasının maksimum tutumu 853 nəfər, uçuş kütləsi 575 ton, uçuş məsafəsi 15,2 min km, kreyser sürəti isə saatda 945 km-dir. Nəhəng hava gəmisinin ilk uçuşu 2005-ci ilin aprelində həyata keçirilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










