“Airbus” hava taksi xidmətinin sınaqlarına başlayıb

“Airbus” şirkəti Almaniyanın İnqolştadt şəhərində “CityAirbus” adını alan aerotaksilərin sınağına başlayıb. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, sözügedən taksilər gələcəkdə ənənəvi nəqliyyat vasitələrinin alternativinə çevriləcək, əsasən də, hərəkət sıx olan şəhərlərdə. Dörd oturacağa və səkkiz vintə malik olan “CityAirbus” pilotsuz uçan maşına bənzəyir. Ehtimal olunur ki, hava taksiləri ilkin olaraq iri şəhərlərdə, əsasən, şəhərin mərkəzindən aeroporta və əks istiqamətdə hərəkət edəcək. Gələcəkdə isə bu xidmətdən digər sahələrdə də istifadə olunacağı gözlənilir, məsələn, həkimlərin hadisə yerlərinə və ya qan və digər insan orqanlarının xəstələrə çatdırılması.
Qeyd edək ki, “CityAirbus” maşını “Airbus”ın Donauvörtedəki zavodunda konstruksiya olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












