Aktrisadan SƏRT SÖZLƏR: "Papağı ayaqaltına atıb, sonra da qeyrətdən danışırlar"

Aparıcı-aktrisa Könül Yusif qızı 8 Mart - Beynəlxalq Qadınlar Günündə Novruz adətindən danışıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, hər zaman cəsarətli açıqlamaları ilə diqqət çəkən Könül bu dəfə "papaqatdı" adətinə görə gözünü yumub, ağzını açıb.
Aktrisa bu adətin mentalitetimizə "ləkə" olduğunu bildirib: "Novruz bizim ən gözəl bayramımızdır. Novruza qədər gedən çərşənbələr və Novruzun atributları var ki, bunları etmək mütləqdir. Amma indi durub qapıya papaq atırlar. Ay balam, bineyi qədimdən papaq namus-qeyrət rəmzidir. Harada görünüb ki, papağı onun-bunun qapısında ayaq altına atsınlar? Ötən əsrlərdə bir papağa görə adam öldürərdilər. At, arvad, papaq namus rəmzidir. At getdi, arvad getdi, barı papağı ayaqlar altına atmayın, ayıbdır e. Novruzda bacadan xurcun torba sallayardılar, papaq haradan çıxıb? Yaxşı, bildik, baca yoxdur qapı var. Amma qapıya torba atın da! Papağı onun-bunun qapısında ayaqaltına atıb, sonra da durub namusdan, qeyrətdən dəm vururlar, ayıbdır. Barı uşaqlara papaqatdını öyrətməyin, elə öyrətdiniz ki, bu gündəyik".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












