Ali Məhkəmə ata-anasını döyən şəxslə bağlı qərarını elan edib

Ali Məhkəmədə ata və anasını döyərək hədələyən Natiq Piriyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Piriyevin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, əvvəllər məhkum edilmiş N.Piriyev Bakıda dəfələrlə atası Qulu Piriyev və anası Kəmalə Piriyevanı döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan N.Piriyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. O, daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












