Ali Məhkəmə qətldə təqsirləndirilən şəxsin işini geri göndərib

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Elxan Qasımovun barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. İttiham aktına əsasən, hadisə 2017-ci il yanvarın 16-da Tovuz rayonunda baş verib. Əvvəllər məhkum olunmuş E.Qasımov həmyerlisi Kənan Qasımovun başına balta ilə vuraraq onu öldürüb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımovun cinayəti törədən zaman anlaqsız olması müəyyən edilib. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsi barədə qərar qəbul edib. O, müalicə alması üçün Ruhi Əsəb Dispanserinə göndərilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra prokurorluq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










