Ali Məhkəmə qəza törədən sürücünün şikayətini təmin edib

Ali Məhkəmədə Horadiz-Hacıqabul yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Sabit Nəsirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttiham aktına əsasən, hadisə 2017-ci il noyabrın 4-də Hacıqabul-Horadiz avtomobil yolunun 103-cü kilometrliyində baş verib. S.Nəsirov idarə etdiyi 99-FM-565 dövlət nömrə nişanlı DAF markalı yük avtomobilini idarə edərkən Araz çayının üzərində 2-ci dərəcəli yoldan baş yola keçmək istəyərkən həmin yolla hərəkət edən 30-BG-811 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü Qəmbərov Azad Gülmalı oğlu və sərnişini Hüseynov Əhmədxan Ədalət oğlu yüngül xəsarət alıb.
İmişli Rayon Məhkəməsinin hökmü ilə S.Nəsirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Nəsirov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












