Alkopan fəsadı: “Akkord” bütün ziyanı üstünə götürdü - FOTO

Gecədən başlayan külək Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binalarının üzlüklərini qopararaq maşınların üzərinə atıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bir aya yaxındır üzlükləri sökülən “Uğur-2” kompleksinə daxil binaların alkoponları küləyin təsirindən qopub. Nəticədə kompleksin həyətindəki maşınlara və bəzi evlərə ziyan dəyib. Belə ki, dəmir konstruksiyalar küləyin təsirindən yellənərək bəzi evlərin pəncərəsini sındırıb. Külək binanın sökülməkdə olan alkoponunu da uçurub. Dəmir konstruksiyaya bitişik olan alkoponlar binanın yaxınlığında park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə 3 avtomobilə ciddi ziyan dəyib. Təmirlə əlaqədar sakinlərin təhlükəsizliyi üçün ayrılmış yol da dəmir konstruksiyalar səbəbindən dağılıb. 8 binanın yerləşdiyi şəhərciyə giriş-çıxış müvəqqəti olaraq başqa istiqamətdən açılıb. Külək davam etdiyindən alkoponların qırılması davam edir.
***
Güclü külək nəticəsində Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un “Uğur-2” kompleksinə daxil olan binada yaşayan sakinlərin evlərinə, mülk və avtomobillərinə dəyən ziyan şirkət tərəfindən qarşılanacaq. Bu barədə sakinlərə “Akkord” rəhbərliyi məlumat verib. Külək nəticəsində pəncərəsi dağılmış evlərdə olan şirkət rəhbərliyi sakinlərin dağılan və ya sınan əşyalarının alınması üçün də pul verib. Sakinlər bildirib ki, pəncərələr müvəqqəti olaraq takta örtüklə örtülüb: “Külək yatdıqdan sonra pəncərələr dəyişdiriləcək. Hazırda külək olduğu üçün müvəqqəti taxta vuruldu pəncərəyə. Xalçamız bütün şüşə idi. Şirkət rəhbərliyi bunu da nəzərə alaraq xalçalarımızı yumaq üçün pul verdi”.
Həmçinin avtomobilinə ziyan dəyən sürücülərlə də şirkət rəhbərinin görüşü olub. Bildirilib ki, avtomobillərə dəyən ziyan hesablanacaq və hər kəsə ziyanın miqdarı qədər kompensasiya ödəniləcək.

Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












