Almaniya aeroportlarında tətil başladı

Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, tətillə Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda keçirilir.
Qeyd olunur ki, bu aksiya ümumilikdə 220 min sərnişinə təsir göstərəcək.
Səhər saatlarından etibarən başlayan tətil müxtəlif saatlarda – yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.
Hələlik nə qədər reysin təxirə salınacağı məlum deyil. Təkcə Frankfurtda 1200 planlaşdırılmış reysdən 570-i təxirə salınıb.
Təhlükəsizlik xidmətinin əməkdaşları əmək haqlarının artırılmasını tələb edir.
Xatırladaq ki, ötən həftə 5 aeroportda keçirilmiş tətil nəticəsində 500-dən çox reys təxirə salınmışdı.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










