Almaniya İran şirkətinin uçuşlarına qadağa qoydu

Almaniya hökuməti ölkənin hava limanlarından istifadə etmək üçün İranın “Mahan Air” şirkətinin lisenziyasını ləğv edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger məlumat verib. O, sözügedən qərarın “Almaniyanın xarici siyasət və təhlükəsizlik mənafeyi”nə əsasən verildiyini qeyd edib.
İran kəşfiyyatının Avropadakı artan fəallığını dilə gətirən XİN rəsmisi “Mahan Air” şirkətinin İran İnqilab Keşikçilərinə aid hərbi təyinatlı yüklərin Suriyaya daşınması ilə də məşğul olduğunu diqqətə çatdırıb. “Mahan Air” 2011-ci ildən ABŞ-ın sanksiya siyahısındadır. “Deutsche Welle” Almaniya tərəfinin İrana qarşı sanksiyalar yox, ayrıca konkret bir hava yolları şirkətinə qarşı sanksiya tətbiq etdiklərini vurğuladığını xəbər verib.
Xatırladaq ki, yanvar ayının əvvəlində Avropa İttifaqı Niderland, Danimarka, Fransa ərazisində iranlı mühacirlərə qarşı qətl və hücumlar təkil etməkdə şübhəli bilinən İranın bəzi dövlət qurumlarına və iki rəsmi şəxsinə qarşı sanksiya tətbiq etmişdi.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










