“American Airlines” aviaşirkəti Venesuelaya uçuşları dayandırıb

Dünyada ən böyük aviaşirkət olan “American Airlines” Venesuelaya uçuşları dayandırdığını elan edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına bu ölkəyə səfərlərin təhlükəli olması barədə xəbərdarlıq edəndən və Amerika səfirliyinin bütün heyəti Karakasdan çıxarılandan sonra aviaşirkətin rəhbərliyi Venesuelaya aviareyslərin dayandırılmasını rəsmən elan edib.
“American Airlines” administrasiyası iddia edir ki, bu haqda qərar qəbul edilərkən pilotların həmkarlar ittifaqının fikri nəzərə alınıb. Həmkarlar ittifaqı təyyarəçilərin və digər heyət üzvlərinin həyatını təhlükəyə məruz qoymamağı tövsiyə edib. Aviaşirkətin bəyanatında qeyd edilir ki, uçuşların dayandırılması müvəqqəti tədbirdir və ölkədə vəziyyət normallaşandan sonra uçuşlar bərpa olunacaq.
2013-cü ildə Venesuelada sosial böhran başlanandan bəri Amerikanın onlarca aviaşirkəti iqtisadi səbəblərə görə bu ölkəni tərk edib. “American Airlines” gündə iki dəfə Karakas ilə Mayami arasında və gündə bir dəfə Marakaybo ilə Mayami arasında aviareyslər yerinə yetirən sonuncu daşıyıcı idi.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












