Amerikalı professor: “UNO gələcəkdən gəlir”

ABŞ-ın Montana Texnologiya universitetinin alimi professor Maykl Masters "Məlum uçan obyektlər" adlı elmi-roman yazıb. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, Maykl Masters kitabında UNO ilə bağlı fikirlərini bölüşüb. Bir çoxları UNO-ları yerdənkənar sivilizasiya adlandırsa da, alim tamamilə başqa fikirdədir. Masters ehtimal edir ki, bu hava gəmiləri gələcəkdən gəlir. Antropologiya üzrə elmlər doktoru olan Masters insanların UNO və yadplanetlilərlə görüşünə dair minlərlə hadisəni araşdırıb. Demək olar ki, bütün şahidlərin ifadəsinə əsasən, yadplanetlilər iki əli və iki ayağı olan, hər əlində bir neçə barmağı, boz dərisi, böyük başı və gözü olan məxluqlar kimi təsvir edilir. Bundan başqa, sözügedən məxluqlar bizim danışdığımız dili də anlayırlar. Nəticədə professor bu qənaətə gəlib ki, bu sirli məxluqlar digər planetlərdən gələn qonaq yox, bizim gələcəkdəki davamçılarımızdır. Mastersin fikrinə əsasən, uzaq gələcəkdə evolyusiya prosesinə əsasən, insanlar bizə çox bənzəməyəcəklər və zamanda səyahət edən texnologiyaya sahib olacaq. Bununla da keçmişə səfər edərək bizi müşahidə edəcəklər. Bu səbəbdən biz sadəcə dərk etmirik ki, qarşımızdakılar gələcəyin insanlarıdır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












