Ana oğlunu döyərək evdən qovdu: 8 gündür yoxa çıxıb - FOTO

Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Göygöl rayonunda ailə mübahisəsi baş verib. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu may ayının 22-sindən yoxa çıxıb. Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub. Bu barədə Trend-ə yeniyetmənin atası bildirib. Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb: "Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovlayıb və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib".
R.İsmayılovun sözlərinə görə, növbəti gün Emil Bakıya yola düşüb: "Oğlum Bakıya yola düşəndə cibində 33 manat pul olub. Anası onun yoxa çıxdığını anladıqda polisə müraciət edib. Polis əməkdaşları Emilin əl telefonu ilə əlaqə saxlayaraq öyrəniblər ki, o, Bakıdadır və işləmək üçün bura üz tutub. Bundan sonra Emillə əlaqə kəsilib".
Yeniyetmənin atası əlavə edib ki, Emili sonuncu dəfə 9-cu mikrorayonda görüblər: "O, məşhur marketlərdən birinin qarşısında halsız vəziyyətdə pilləkəndə oturubmuş. Mən oğlumu iki ildi görmürəm, Emil, onu axtardığımı bilsə, öz xoşu ilə üzə çıxar. Onu görənlərdən 055 813 65 55 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirəm".


Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










