Ana və qızının ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

Ucarda ana və qızının ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, iş materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadaları vurub. Nəticədə Küçəkənd sakinləri – 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və onun 2014-cü il təvəllüdlü qızı İsgəndərova Ayşən Xəyal qızı dünyasını dəyişib. Hadisəni Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Rəşad Rəhim oğlu Cavadov törədib. Qəza maşın Bakı istiqamətində hərəkətdə olarkən baş verib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












