Anar Nağılbazın qəbrini su basdı

Bu gün Azərbaycan repinin atası sayılan Anar Nağılbazın doğum günüdür. Bununla bağlı News24.az mərhum reperin eks həyat yoldaşı Anjelika Cəbiyeva ilə əlaqə saxlayıb. A.Cəbiyeva son günlər həyat yoldaşının məzarını ziyarət edə bilmədiyini açıqlayıb: “Bu gün çox təəssüf ki, Anarın məzarını ziyarət edə bilməyəcəm. Çünki güclü yağışlardan sonra məzarı su basıb. Bu da məzarın bərbad hala düşməsinə rəvac verib. Hazırda məzarın bərpası üçün işlər aparılır. Bizə iki gün ərzində işlərin bitəcəyi ilə bağlı söz verilib. Bundan onra uşaqlarla birgə məzarını ziyarət edəcəyik”.
Anjelika Cəbiyeva maddi çətinliklərdindən də söz açıb: “Hazırda uşaqlarıma Anarın valideynləri köməklik edirlər. Ancaq əsas problem ev ilə bağlıdır. Çünki illərdir kirayədə yaşayıram”.
Qeyd edək ki, Anar Nağılbaz uzun sürən xəstəlikdən sonra ötən ilin avqust ayında 44 yaşında dünyasını dəyişib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












