Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO

Türkiyənin Sakarya şəhərində ixrac üçün nəzərdə tutulmuş avtomobil ehtiyat hissələrinin daxili bazarda qanunsuz satılmasının qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, Sakarya Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin (KOM) əməkdaşları Sakarya Baş Prokurorluğunun koordinasiyası ilə əməliyyat keçiriblər.
Araşdırmalar zamanı müəyyən olunub ki, iyunun 5-də xarici ölkəyə göndərilməsi nəzərdə tutulan və gömrük möhürü ilə möhürlənmiş iki yük maşınında daşınan avtomobil ehtiyat hissələri təyinat məntəqəsinə çatdırılmadan əvvəl başqa nəqliyyat vasitələrinə yüklənib. Daha sonra həmin məhsullar şəhərdə yerləşən anbarlardan birində saxlanılaraq ölkə daxilində qanunsuz satış üçün hazırlanıb.

Polis əməkdaşlarının müəyyən edilmiş anbarda keçirdikləri axtarış zamanı bazar dəyəri təxminən 100 milyon türk lirəsi olan (təxminən 3,8 milyon manat) böyük həcmdə avtomobil ehtiyat hissələri aşkar edilərək müsadirə olunub.
Əməliyyat zamanı ümumilikdə 25 ton 420 kiloqram müxtəlif mühərrik hissələri, 170 hidravlik sükan nasosu, 115 hava nasosu, 72 mühərrik bloku və digər tamamlayıcı hissələr, 70 kondisioner mühərriki, 45 starter mühərriki, 20 sükan qutusu, 4 sürət qutusu və 1 yarım şassi ələ keçirilib.
Müsadirə olunan məhsullar sonrakı araşdırmaların aparılması üçün Sakarya Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












