Antarktidada dünyanın ən təhlükəli aysberqi əriməyə başlayıb - FOTO

Antarktidanın qərbində, alimlər tərəfindən "dünyanın ən təhlükəli aysberqi" adlandırılan hissə dağılmaq təhlükəsi altındadır.
Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, aysberqdən iri parçanın qopması an məsələsinə çevrilir. Əgər buz dağı tamamilə dağılsa, dünya okeanının səviyyəsini 65 sm artıra bilər.
Buz dağının bir hissəsinin dağılması NASA peykləri tərəfindən qeydə alınıb və "Science Advances" jurnalında elmi məqalə dərc edilib. Video görüntüdə aysberqin 300 metr hündürlüyü, 4 km uzunluğu olan hissəsi açıq-aydın görünür.
Alimlərin sözlərinə əsasən, buzun üzərində yaranan dəliyə isti dəniz suyu axıb və ərimə prosesini sürətləndirib. Əvvəllər bu hissədə 14 milyard ton buz olub.
Tueytsa buz dağı Pan-Aylend körfəzinə düşür və onunla yanaşı Qərbi Antarktidanın iki nəhəng aysberqin də əridiyi müşahidə edilib. Bunun səbəbi isə son illər buz örtüyünün daha sürətlə əriməsi və yağan qarın itkini qarşılamadığı ilə izah edilir.
Bu üç buz dağı əridikdən sonra isə dünya okeanı 3.3 metr artacaq. Alimlərin fikrinə əsasən isə, bu proses üçün minimum 200, maksimum 1000 il vaxt lazımdır.

Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










