Aparıcının evinə ikinci dəfə oğru girdi: 30 min dollar dəyərində ziyan - FOTO

Araz FM-in əməkdaşı, tanınmış radio aparıcısı Aygün Akifin başına iş gəlib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında aparıcınının yaşadığı mənzila oğru girib. Bu barədə Aygün sosial şəbəkədə məlumat yayıb. O, talan olunan evin fotolarını paylaşaraq ikinci dəfə belə bir halın baş verdiyini qeyd edib: “Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. 102 xidməti nə üçün yaradılıb? Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Vallah, çox “rahat” və “hüzurlu” yatırıq. Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”.
***
Radio aparıcısı modern.az-a açıqlamasında 30 min dollar dəyərində ziyana düşdüklərini bildirib: “30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.



“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO










