Arktika da çirklənməyə başlayıb

Dünyanın ən əlçatmaz yerlərindən biri sayılan Arktika da çirklənməyə başlayıb. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, Arktikada kimyəvi maddələrin izləri tapılıb. Kanadanın vəhşi təbiətin mühafizəsi xidmətinin əməkdaşları Nunavut regionunun Şahzadə Leopold adasında fırtınaquşu ailəsindən olan quşlardan birinin yumurtalarını götürüblər və yumurtada kimyəvi maddə izi aşkar ediblər. Tapılan maddələr daha çox plastikə əlavə edilir.
Güman edilir ki, quşlar bu maddəni balıq və ya digər dəniz canlılarını ovlayarkən udublar. Kimyəvi maddə daha sonra mədədən qana və oradan da yumurtaya keçib.
Alimlər deyir ki, tapılan kimyəvi maddələr harmonal balansı pozur. Bu maddələrin təhlükəli olduğu uzun müddətdir bilinir. Ona görə də, uşaq oyuncaqlarının hazırlanmasında bu maddədən istifadə qadağan edilib.
Aparılan araşdırmaya görə, dəniz quşlarının 90 faizdən çoxu kimyəvi maddələri udurlar. Təbiəti plastik maddələrdən qorumaq üçün 2030-cu ilə kimi plastik maddələri ləğv etmək planı nəzərdə tutulub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












