Asfalt örtük çatladı, relslər əyildi - Avropada REKORD İSTİLƏR

Avropanı bürüyən rekord istilər bir sıra ölkələrdə fövqəladə vəziyyət yaradıb. Avtosfer.az "Bizim.Media"ya istinadən məlumatına görə, sinoptiklər xəbərdarlıq edirlər ki, isti hava dalğası yaxın günlərdə Mərkəzi Avropa və Balkanlara doğru hərəkət edəcək. Almaniyada həddindən artıq istilər nəticəsində A2 avtomagistralının asfalt örtüyü deformasiyaya uğrayaraq bir neçə zolaqda çatlayıb. Avstriyada dəmir yolu operatoru relslərin əyilə biləcəyi barədə xəbərdarlıq edib. İsveçdə isə yüksək temperatur səbəbindən relslər əyilib və yük qatarı relsdən çıxıb. Hadisə Stokholm ilə ölkənin ikinci böyük şəhəri olan Höteborq arasında qatarların hərəkətini dayandırıb. Böyük Britaniyada qırmızı istilik xəbərdarlığının müddəti tarixdə ilk dəfə ardıcıl üç gün uzadılıb. Ölkədə havanın temperaturu 36,9 dərəcəyə yüksələrək iyun ayı üzrə rekord göstəricini üçüncü gün ardıcıl yeniləyib. Yüzlərlə məktəb bağlanıb, Londonda təcili yardım xidmətlərinə daxil olan müraciətlər isə 50 faiz artıb. Niderlandın demək olar ki, bütün ərazisində də qırmızı xəbərdarlıq elan edilib. Havanın 40 dərəcəyədək isinəcəyi proqnozlaşdırıldığından bir çox məktəb fəaliyyətini dayandırıb. Artan istilər məişət texnikası bazarına da təsir edib. Böyük Britaniyada ventilyatorlar qısa müddətdə satılıb, Asiya istehsalçıları isə Avropada kondisionerlərə tələbatın kəskin artdığını bildiriblər.
Fransanın dövlət enerji şirkəti məktəb və uşaq bağçalarının soyutma sistemlərinin yaxşılaşdırılması üçün 80 milyon avro ayıracağını açıqlayıb.
Mütəxəssislər bildirirlər ki, Şimali Avropadakı yaşayış binalarının əksəriyyəti isti havaya deyil, soyuğa uyğun tikildiyi üçün belə temperatur şəraitinə davamlı deyil. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropada ev təsərrüfatlarının təxminən 20 faizində kondisioner var. Alimlər hesab edirlər ki, insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi olmasaydı, bu miqyasda rekord istilərin yaşanması demək olar ki, mümkün olmazdı. Onların qiymətləndirməsinə görə, gecələr müşahidə olunan boğucu istilərin başvermə ehtimalı son 20 illə müqayisədə 100 dəfə artıb. Həmçinin qeyd olunur ki, araşdırılan regionda bu, indiyədək qeydə alınmış ən şiddətli istilik dalğasıdır.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












