Astara çayı üzərində avtomobil körpüsü və piyada keçidinin tikintisi müzakirə olunur

Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş müzakirə mərhələsindədir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, hazırda Astara-Astara sərhəd-keçid məntəqəsinin ərazisində, Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş hazırda müzakirə mərhələsindədir.
Ş.Mustafayev İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsindən də danışıb: "Düşünürəm ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə tədbirlər həyata keçirə və üçtərəfli enerji əməkdaşlığını genişləndirə bilərlər".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












