Astara polisi 5,6 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb - FOTO

Astara rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Fikrət Cabbarov narkotik vasitəni satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə 17 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Cabbarovun Astara rayonunun Şahağacı kəndində yerləşən yaşadığı evə keçirilən baxış zamanı 3 ədəd bağlamada ümumi təmiz çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və 1 bükümdə çəkisi 10 qram olan psixatrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











