Astarada 34 yaşlı qadın su çəninə düşərək boğulub

Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Artupa kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımova həyətlərindəki su çəninə düşərək boğulub.
Onun ailə üzvləri "Report"un yerli bürosuna bildirib ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər.
Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












