Banner

Astarada 43 yaşlı kişi özünü asıb

Gündəm 22 Yanvar 2019 15:01 Oxunub 826
Astarada 43 yaşlı kişi özünü asıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır

Astara rayonunda 43 yaşlı kişi özünü asıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1976-cı il təvəllüdlü Samir Hacıəli oğlu Məmmədovun cansız bədəni həyat yoldaşı tərəfindən yaşadığı evin həyətindəki ağacdan asılmış vəziyyətdə aşkar edilib.

Üç övlad atasının hansı səbəbdən intihar yolunu seçdiyi məlum deyil.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh