Astarada narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb - FOTO

Astarada narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının Pensər kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
İsti izlərlə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə, ümumilikdə 420 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K.Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA













