Astarada yol qəzasına düşən ailənin daha bir üzvü ölüb

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailə üzvlərindən daha biri xəstəxanda ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, qəzadan sonra reanimasiya şöbəsinə yerləşdirilən Lerik rayonunun Kaqoy kənd sakini, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Astara rayonunun Taxtanakəran kəndi ərazisində baş vermişdi. Lerik rayonu Kaqoy kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dağlıq-meşəlik ərazidə yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı sürücü və bir ailənin 4 üzvü ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.
Hazırda 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və sürücü 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradovun müalicəsi davam etdirilir. yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hadisəyə nəqliyyat vasitəsində əyləc sisteminin sıradan çıxmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












