Atasının avtomobili ilə piyadanı vurub öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə Hüseyn Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə məntəqsində çəkəcək.
Bildirilib ki, H.Əhmədov zərərçəkmişin hüquqi varisi ilə barışıb.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 7-də saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib. Sumqayıt şəhər sakini, yetkinlik yaşına çatmayan H.Əhmədov idarə etdiyi atasına məxsus “VAZ-2106” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Şahin Piriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
H.Əhmədovun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












