Aviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyir

Cari ildə uçuş saylarının kəskin azalması və aviabilet qiymətlərinin bahalaşması orta gəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri bilet qiymətləri üzrə mütəxəssislərin rəylərinə əsaslanaraq yazıb.
Qəzetin məlumatına görə, ABŞ və İran arasındakı münaqişənin yaratdığı enerji böhranı aviaşirkətlərin reaktiv yanacaq tədarükünü mürəkkəbləşdirib. Daşıyıcılar artan yanacaq xərclərini kompensasiya etmək üçün biletlərin qiymətini artırmağa və əlavə rüsumlar tətbiq etməyə məcbur olublar.
Going.com platformasının səyahət eksperti Keti Nastro bildirib ki, pandemiyadan sonra turizm sahəsində belə böyük qeyri-müəyyənlik müşahidə olunmayıb. O, ucuz bilet tapmağa ümid edən turistlərin bu il ciddi problemlərlə üzləşəcəyini vurğulayıb.
"Kayak" xidmətinin hesabatına görə, fevralın sonlarından etibarən beynəlxalq reyslərin orta qiyməti yüksəlib, dünya üzrə aviasiya yanacağının dəyəri isə 70 faizdən çox artıb.
Corctaun Universitetinin professoru, həmçinin "American Airlines"ın keçmiş rəhbərinin sözlərinə görə, Yaxın Şərq regionundakı münaqişə başa çatsa belə, yanacaq və bilet qiymətlərinin normal səviyyəyə qayıtması üçün aylar lazım olacaq.
Bundan əvvəl "Bloomberg" agentliyi yanacaq dəyərinin yüksəlməsi səbəbindən qlobal aviaşirkətlərin reysləri ixtisar etdiyini və bəzi təyyarələrin istifadəsini dayandırdığını açıqlamışdı. Şirkətlər zərərdən qorunmaq məqsədilə müəyyən marşrutlar üzrə uçuşları ümumiyyətlə təxirə salırlar.
Qiymət artımları ilə əlaqədar olaraq Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələri nəqliyyat sahəsində enerji sərfiyyatını azaltmaq imkanlarını nəzərdən keçirməyə çağırıb.
ABŞ və İsrailin İrana yönəlik əməliyyatları, eləcə də Hörmüz boğazından yanacaq daşınmasının qarşısının alınması nəticəsində Avropa dövlətləri Fars körfəzindən gələn təchizatdan faktiki olaraq kənarda qalıblar. Nəticədə qlobal miqyasda enerji daşıyıcılarının qiymətləri kəskin artıb.
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












