Avropa İttifaqı ölkələrinin yollarında ölüm hallarının statistikası açıqlanıb

Avropa Komissiyası ötən il Avropa İttifaqında yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm hallarının statistikasını açıqlayıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, 2018-ci ildə Avropa İttifaqının 28 ölkəsində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 25,1 min insan həlak olub. Bu, 2010-cu illə müqayisədə 21 faiz, 2017-ci illə müqayisədə isə 1 faiz azdır. Orta hesabla hər milyon nəfərə 49 ölüm halının baş verməsi Avropanın dünyanın ən təhlükəsiz avtomobil yollarına malik olduğunu təsdiqləyir.
Məlumata əsasən, ötən il avtomobil yollarında baş verən qəzalar nəticəsində ən az insanın həlak olduğu ölkələrin sırasına Böyük Britaniya (hər milyon nəfərə 28 ölüm halı), Danimarka (30), İrlandiya (31) və İsveç (32) daxildir. Ən yüksək ölüm halları isə Rumıniyada (hər milyon nəfərə 96 ölüm halı), Bolqarıstanda (88), Latviyada (78) və Xorvatiyada (77) qeydə alınıb. "Biz yol hərəkətinin təhlükəsizliyi məsələsinin həllində, strateji fəaliyyət planının, nəqliyyat vasitələrinin və infrastrukturun təhlükəsizliyi üzrə konkret fəaliyyətlərin qəbulunda israrlıyıq. 2050-ci ilə qədər avtomobil yollarında ölüm hallarının tam aradan qaldırılması istiqamətində çalışmağa davam edirik", - deyə nəqliyyat üzrə Avropa komissarı Violetta Bluts bildirib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












