Avropa Liqasının final matçına necə getmək olar? - Bu videoya mütləq baxın

Mayın 24-də UEFA və AFFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlayıblar. Videobələdçidə oyunu stadionda izləyəcək azarkeşlər üçün zəruri məlumatlar təqdim edilib. Qeyd olunub ki, elektron qaydada alınmış biletlərin qarşılaşmaya bir həftə qalmış telefonlara göndərilməsinə başlanılıb. Biletləri qəbul etmək üçün uefa.com saytından xüsusi tətbiq telefonlara yüklənməlidir. Telefonlar IOS və Android əməliyyat sistemlərini dəstəkləməlidir. Oyun günü bütün biletlər təhlükəsizlik yoxlanışında aktivləşdiriləcək. Buna görə də telefonun enerji ilə dolu olduğuna diqqət yetirmək lazımdır. Stadiona yaxınlaşarkən mobil telefonların “bluetooth” funksiyasını aktivləşdirmək tələb edilir. Fiziki biletləri olan şəxslər biletləri təhlükəsiz yerdə saxlamalı və stadiona yaxınlaşan zaman yoxlanış üçün hazır etməlidirlər. Nəzərə almaq lazımdır ki oyun günü stadionda bilet satışı həyata keçirilməyəcək və stadiona biletsiz giriş mümkün olmayacaq.
Çarxda diqqətə çatdırılıb ki, bilet almış azarkeşlər final qarşılaşması günü Bakı Olimpiya Stadionuna və əks istiqamətə iki ekspress marşrut üzrə hərəkət edəcək avtobuslarla daşınacaqlar. Avtobuslar X1 marşrut xətti üzrə metronun “Qara Qarayev”, X2 marşrut xətti üzrə isə “28 May” stansiyalarından hərəkət edəcəklər. Üç dəqiqə intervalla hərəkət edəcək avtobuslar saat 18:30-dan 23:00-dək işləyəcək. Azarkeşlər metro vasitəsilə “Koroğlu” stansiyasından da stadiona gələ biləcəklər. Stadiona şəxsi nəqliyyat vasitələri ilə gəlmək istəyən şəxslər xüsusi buraxılış kartını təqdim etməlidirlər. Oyun başa çatdıqdan sonra ekspress avtobuslar və metro azarkeşləri əks istiqamətə daşıyacaq.
Videobələdçidə bildirilib ki, oyun günü stadionun qapıları saat 20:00-da açılacaq. Arenanın 1-11-ci qapıları arasındakı oturacaqlara bileti olan şəxslərin ekspress avtobuslarla gəlib arenaya “Şimal” girişindən daxil olmaları tövsiyə edilir. Oturacaqları 12-22-ci qapılar arasında olan azarkeşlərin metrodan istifadə edərək stadiona “Cənub” girişindən gəlmələri daha rahat olacaq.
Bütün girişlərdə təhlükəsizlik məntəqələri fəaliyyət göstərəcək. Təhlükəsizlik təlimatlarına ciddi əməl etmək xahiş olunur. Stadiona çanta ilə gəlmək qadağandır. Qadağan edilmiş əşyaların tam siyahısı ilə Bakı Olimpiya Stadionunun bos.az saytından tanış olmaq mümkündür. Tamaşaçı qapıları açıldıqdan sonra stadionun daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.
Qeyd edilib ki, arenaya giriş yalnız etibarlı biletlərlə mümkündür. Yaşından asılı olmayaraq, hər bir kəsin stadiona girişi üçün etibarlı matç bileti olmalıdır. Biletləri stadiondan almaq mümkün deyil. Bilet sahibi turniketi keçdikdən sonra yenidən qayıdarsa onun stadiona təkrar daxil olmasına icazə verilməyəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI












