Avropalılar özlərinin Mərkəzi Kəşfiyyat İdarəsini yaradırlar

Fransa prezidenti Emmanuel Makron, xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşlarına təcrübə mübadiləsi aparmağa və ortaq bir strategiyanı müzakirə etməyə imkan verəcək xüsusi orqan olan "Avropa Kəşfiyyat Kollegiyası" yaradıb. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, yeni təşkilatın hüquqi statusu mart ayının sonunda İspaniyadakı konfransda müəyyən ediləcək, ancaq kollegiyanın Parisdəki ilk toplantısına bütün AB ölkələrindən, eləcə də İsveçrədən və Norveçdən təxminən 300 kəşfiyyat məmuru və vəzifəli şəxs gəlib.

Bu məlumatları virtualaz.org-a şərh edən Rusiyanın informasiya təhlükəsizlik məsələləri üzrə eksperti Yevgeni Mixaylovun fikrincə, avropalılar bu addımla ABŞ-a, təcrid vəziyyətində, öz təhlükəsizliklərini təmin etmək imkanında olduqlarını nümayiş etdirmək istəyirlər. “Bununla belə, Avropa Mərkəzi Kəşfiyyat İdarəsinin yaradılması təşəbbüsü, Vahid Avropa Silahlı Qüvvələrinin yaradılması planı kimi, mifdir. Avropa ölkələrinin bütün kəşfiyyat sistemi Amerika texnikasına və texnologiyasına əsaslanır. Xüsusilə, bütün AB ölkələri tərəfindən fəal şəkildə istifadə olunan GPS sistemi ABŞ-ın məhsuludur və avropalılar nə edirlərsə etsinlər, Vaşinqton tərəfindən həmişə çox asanlıqla nəzarətdə saxlanılacaqlar. Avropalıların sadə bir səbəbdən-məlumat sızmasının qarşısını almaq üçün etibarlı müstəqil sistemi olmadığından, Avropa Birliyinin müstəqil mərkəzləşdirilmiş kəşfiyyatı ola bilməz. Avropalıların casusları və ya terrorçuları müəyyənləşdirmək üçün onların əməllərini necə koordinasiya etməsindən asılı olmayaraq, məlumatların ən azı yarısının ötürülməsi halı baş verir", - Mixaylov bəyan edib.

Siyasətçinin fikrincə, layiqli kəşfiyyat yalnız Avropa İttifaqından ayrılan Böyük Britaniyada var, lakin MI-6 digər xüsusi xidmətlərlə əməkdaşlıqdan həmişə uzaqda dayanıb. Aİ ölkələrinin kəşfiyyat xidmətləri yalnız digər dövlətlərin xüsusi xidmət orqanları ilə qarşılıqlı münasibətdə nisbi müstəqillik şansına malikdirlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












