Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum

Əgər Kanada Avropa İttifaqının (Aİ) assosiativ üzvü olarsa, Birləşmiş Ştatlar Avropa dövlətləri ilə ticari əlaqələri kəsə bilər.
Avtosfer.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. Tramp qeyd edib ki, Kanadanın Aİ-yə assosiativ üzvlüyünü düşmənçilik addımı kimi qəbul edə və Avropa ölkələrinə yüksək gömrük rüsumları tətbiq etməklə bir çox istiqamətlər üzrə ticarəti dayandıra bilər. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, əgər Aİ bu addımı xoş niyyətlə atarsa, heç bir qorxulu hal yaşanmayacaq.
Xatırladaq ki, sentyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmaq ehtimalını irəli sürüb. O bildirib ki, Ottava və Brüssel mövcud əhatəli iqtisadi və ticarət müqaviləsindən daha üstün əməkdaşlıq səviyyəsinə qədəm qoyacaqlar.
Elə həmin tarixdə Kanadanın Aİ-dəki diplomatik nümayəndəsi Conatan Uilkinson Ottavanın fon der Lyayen tərəfindən irəli sürülən assosiativ üzvlük təklifinə təmkinlə yanaşdığını vurğulayıb. (oxu.az)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












