Avstriya ADB-ni Orta Dəhlizin dəmir yolu layihələrinə investisiya yatırmağa çağırıb

Ekoloji cəhətdən dayanıqlı nəqliyyat, ilk növbədə, dəmir yolu əlaqəsi layihələrinin inkişafı Orta Dəhliz üzrə Asiya ilə Avropa arasında etibarlı və təmiz yükdaşıma marşrutlarının formalaşdırılması üçün vacibdir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, belə bəyanatla Avstriyanın Asiya İnkişaf Bankında (ADB) bu ölkədən olan müvəqqəti rəhbər müavini vəzifəsini icra edən Barbara Aybinqer-Midl ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
O, ADB-yə iqlim təşəbbüslərinin maliyyələşdirilməsi sahəsində səyləri artırmağa çağırıb.
"Bərpa olunan enerji sahəsində (su elektrik stansiyaları, dayanıqlı ötürücü şəbəkələr və enerji saxlanc sistemləri) layihələrin sayının artırılması qeyri-sabit və həssas təchizat zəncirlərindən daha çox müstəqilliyə nail olmaq üçün mühüm amildir. Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında etibarlı və ekoloji cəhətdən təhlükəsiz nəql yollarının yaradılması üçün dayanıqlı nəqliyyat əlaqəsi, ilk növbədə, dəmir yolu əlaqəsi sahəsində layihələrin sayını genişləndirmək tələb olunur", - o vurğulayıb.
B.Aybinqer-Midlin sözlərinə görə, dəmir yolu infrastrukturu bütün qitə boyu şəhərlərin və regionların birləşdirilməsində mühüm rol oynayır, həm malların, həm də sərnişinlərin dayanıqlı və təhlükəsiz daşınmasına zəmanət verir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












