Avtobus zolağında sərnişin mindirib-düşürəndə nəyə diqqət edilməlidir? - EKSPERT

Paytaxtda avtobus zolaqlarının sayı artdıqca taksi sürücülərinin bu zolaqlardan istifadə qaydaları ilə bağlı suallar da çoxalır. Xüsusilə sərnişini mindirmək və düşürmək üçün avtobus zolağına daxil olmağın qanuni olub-olmaması sürücüləri maraqlandırır.
Avtosfer.az xəbər verir ki, məsələyə nəqliyyat eksperti Eldəniz Cəfərli sosial şəbəkə hesabında paylaşım edərək münasibət bildirib. O qeyd edib ki, avtobus zolaqları ictimai nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulub və bu zolaqlarla hərəkət etmək, eləcə də orada dayanmaq ümumi qaydada qadağandır:
.jpg)
"Bu tələbin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. qanunvericilikdə müəyyən istisna da mövcuddur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə əsasən, sürücü yolun nişanlanması buna imkan verdiyi halda, yəni 1.11 nömrəli qırıq-qırıq xətt vasitəsilə avtobus zolağına daxil ola bilər. Avtobus zolağı ilə hərəkət etmək, orada dayanmaq qadağandır və buna görə cərimə tətbiq edilir. Ancaq “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsi sürücüyə icazə verir ki, o, 1.11 nömrəli qırıq-qırıq xətt vasitəsilə avtobus zolağına daxil olsun, yolun sağ hissəsində sərnişini mindirib və ya endirsin, daha sonra isə qarşıdakı qırıq-qırıq xətt vasitəsilə avtobus zolağını tərk etsin. Bu icazə avtobus zolağından hərəkət zolağı kimi istifadə etmək anlamına gəlmir. Sürücü yalnız sərnişinin minib-düşməsi məqsədilə qısa müddət ərzində avtobus zolağına daxil ola və həmin əməliyyatı başa vurduqdan sonra zolağı dərhal tərk etməlidir. Bu qaydalara əməl olunması həm ictimai nəqliyyatın maneəsiz hərəkəti, həm də yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir".
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












