Avtobuslarda gediş haqqı artır

İranda martın 16-dan avtobusun gediş haqqı 20% artacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Əbdülhaşim Həsənniya jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənniyanın sözlərinə görə, hər il olduğu kimi Novruz bayramı istirahət günləri ərəfəsində avtobusda gediş haqqı bahalaşacaq.
O əlavə edib ki, avtobusların xərclərini çıxarmaq üçün bu zəruridir.
Ötən illər ərzində Novruz bayramı günləri ərəfəsində gediş haqqı 20% artırılır və istirahət günlərindən sonra normal vəziyyətə qayıdırdı. Lakin bu il 20%-lik artımın istirahət günlərindən sonra öncəki qiymətə qaytarılmayacağı bildirilir.
Xatırladaq ki, ötən il İranda nəqliyyat vasitələrinin şinlərinin çatışmazlığı nəticəsində qiymətlər artmış və bir sıra sürücülər buna etiraz olaraq işə çıxmaqdan imtina etmişdi.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












