Avtobuslarda kondisonerlər nə vaxt qoşulacaq? - RƏSMİ

Son günlər ölkə ərazisində havalar xeyli istiləşib. Uzun sürən sərin havalardan sonra temperaturun artması evlərdə, iş yerlərində və ictimai nəqliyyatda soyutma sistemlərindən istifadənin vacibliyini gündəmə gətirib. Lakin hələlik marşrut avtobuslarında havalandırma və soyutma sistemlərinin işə salınması ilə bağlı ciddi irəliləyiş müşahidə olunmur. Xüsusilə, günün pik saatlarında nəqliyyat vasitələrində yaranan sıxlıq, vəziyyəti daha da dözülməz edir.
Bəs ictimai nəqliyyatda soyutma sistemi nə zaman işə salınacaq?
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Konkret.az”a bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir.
“Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












