Avtobusu yenisi ilə əvəzləyib qayıdan daha bir nəfər ifşa olunub

Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşı Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə yaradıb. İlkin araşdırma zamanı məlum olub ki, Tofik İlyasovun idarə etdiyi 2006-cı il buraxılışlı, "NEOPLAN" markalı, 806698 şassi nömrəli 99KN983 dövlət nömrə nişanlı avtobus Şəmsəddin Qasımov adlı başqa bir şəxs tərəfindən idarə edilərək Gürcüstana aparılıb. Daha sonra Ş.Qasımov idarə etdiyi həmin şərnişin avtobus ilə eynilik təşkil etməyən, ağ rəngli "NEOPLAN" markalı yeni model başqa nəqliyyat vasitəsini "Mazımçay" gömrük postundan keçirməklə Azərbaycana gətirib. O, sərnişin avtobusunu yeni modeli ilə əvəz edib gətirərkən idarə etdiyi nəqliyyat vasitəsini yenə də əvvəlki - 99-KN-983 dövlət nömrə nişanı altında keçirib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, "NEOPLAN" markalı avtobusun 806698 rəqəmlərdən ibarət şassi nömrəsi kustar üsulla həkk olunub.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










