Avtomobil aldı, amma idarə edə bilmədi - SƏBƏB + VİDEO

Vətəndaş aldığı avtomobili idarə edə bilmir. Səbəb avtomobilin əvvəlki sahibinin ödənməmiş cəriməsidir. Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, avtomobili alıb adına rəsmiləşdirən şəxs sonradan nəqliyyat vasitəsinin cəriməsinin oduğunu öyrənib.
Hadisə Şəki sakini Feyzulah İsmayılovun başına gəlib. Sürücü deyir ki, ötən ilin dekabr ayında Gəncədə yaşayan Hüseyn Musayevdən ''Opel'' markalı minik avtomaşını alıb. Avtomobili dərhal yol polis şöbəsinə gətirərək öz adına rəsmiləşdirib. Həmin vaxt avtomobilin heç bir cəriməsinin olmadığı sürücüyə bildirilib. Avtomobili bir müddət idarə etdikdən sonra sürücünü yol polisi saxlayaraq 400 manat cəriməsi olduğunu deyib.
Feyzulah İsmayılov iddia edir ki, avtomobilinə yazılmış 400 manar cərimə əvvəlki sahibinin vaxtında yazılıb. O, nəqliyyat vasitəsini idarə edərkən heç bir qayda pozuntusuna yol verməyib. Hazırda Feyzulah İsmayılov törətmədiyi cəriməyə görə maşını sürə bilmir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, avtomobilə tərtib edilən cərimə məbləği ödənmədiyindən iş məhkəməyə göndərilib. Məhkəmə prosesi davam etdiyi vaxtda cərimə sistemdə görünmür. Buna görə də alqı-satqı əməliyyatı həyata keçirilib. Bundan sonra məhkəmə qərar çıxarıb. Qərara müvafiq olaraq da avtomobil Şəkidə saxlanılıb. Həmin vətəndaş avtomobilini idarə etmək üçün qayda pozuntusu törətmədiyi barədə məhkəməyə müraciət etməlidir. Belə olan halda qayda pozuntusunu törədən şəxs cəriməni ödədikdən sonra yeni sahibi avtomobili idarə edə bilər.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










