Avtomobil ehtiyat hissələri mağazasından oğurluq olub - FOTO

Şəmkir rayonunda oğruluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Məlumata görə, Şəmkir rayon sakini Polad Qasımov Şəmkir rayon Polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyat hissələri satılan mağazasına yanvarın 31-dən fevralın 1-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 3000 manat pulu və təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurlayıb.
Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli şübhəli qismində saxlanılıb.
İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və əldə etdiyi pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










