Avtomobil Nəqliyyatı Xidməti sürücülərə xəbərdarlıq edib

Ramazan bayramı ilə əlaqədar olaraq, regionlardan paytaxta sərnişin axını bayramın ilk günlərində paytaxt Bakıdan regionlara axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyada davam edir. Avtosfer.az-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, ümumilikdə, regionlardan paytaxta iyunun 4-dən 5-nə qədər 14 908 sərnişin daşınıb: “Qaynar xəttimiz və regional avtovağzallardakı məlumat bürolarımız sərnişinlərdən daxil ola biləcək bütün müraciətləri və şikayətləri qəbul etmək üçün bayram günlərində də iş başında olacaqlar. Bayramın son günü regionlarımızdan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq, sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyəti şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallarımıza ezam olunacaq”.
N.Allahyarova avtobus sürücülərinə də müraciət edib. O bildirib ki, bayram günlərində magistral yollardakı sıxlığı nəzərə alaraq, idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini aşmasınlar və bu əziz günlərdə insanları faciə ilə üzbəüz qoymasınlar.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










